Rusiya da "tax free" sisteminə keçdi


Dünya 28 Noy 2017 09:46:00 215 0

Rusiya da "tax free" sisteminə keçdi

Rusiya prezidenti Vladimir Putin ölkə ərazisində "tax free"nin tətbiqi barədə qanun imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Rusiya Dövlət Duması tərəfindən sənəd noyabrın 16-da qəbul edilib.

Artıq bundan sonra Avrasiya İqtisadi İttifaqına daxil olmayan xarici dövlət vətəndaşları bu sistemdən yararlanaraq Rusiya ərazisində alış veriş zamanı əldə etdikləri mala görə ƏDV-ni geri ala biləcəklər.