Meksikada ağır yol qəzası: 16 nəfər ölüb


Dünya 28 Noy 2017 08:18:00 198 0

Meksikada ağır yol qəzası: 16 nəfər ölüb

Qəza zamanı ölənlərdən 3-ü uşaqdır

Meksikanın Puebla ştatında içində sərnişinlərin olduğu "Pikap" tipli avtomobilin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "El Universal" xəbər verib. Xəbərdə bildirilir ki, hadisə dağ rayonundakı yolda baş verib. Belə ki, avtomobil hərəkətdə olarkən aşıb. . Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.