Belçikada qatar təmirçiləri vurub, ölənlər və yaralananlar var


Dünya 28 Noy 2017 07:58:45 238 0

Belçikada qatar təmirçiləri vurub, ölənlər və yaralananlar var

Hadisə nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb

Belçikada dəmir yolunun təmiri zamanı qatar fəhlə qrupunu vurub.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Eno vilayətində, minik avtomobili ilə toqquşaraq zədələnmiş qatarın yedəyə alınması zamanı qeydə alınıb.

Bildirilir ki, qatar digər qatarlardan açılıb və 14 kilometr irəliləyib. Bu zaman o, təmirçiləri vurub.

Hadisə nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb.

Qeyd olunur ki, qatar daha sonra sərnişin qatarı ilə toqquşub. Sərnişin avtobusunda olanlardan 5-i xəsarət alıb.