Gözaltı göyərmələrdən qurtulmaq üçün RESEPTLƏR


Digərləri 27 Noy 2017 23:21:00 341 0

Gözaltı göyərmələrdən qurtulmaq üçün RESEPTLƏR

Gözaltı şişkinlər, el arasında gözaltı qaralmalar adlandırılan göylər qadınların ən çox problem yaşadığı dəri qüsurudur. 

Bəs gözaltı göylər və şişkinliklər nədən yaranır?   Son.az medicina.az-a istinadən xəbər verir ki, gözəlliyə kölgə salan bu göyərmələrin səbəbi genetik faktorlar, ya da yaşayış tərzi ola bilər.    Adətən göz altını tamamilə bürüyən formada olur. Duzdan çox istifadə, stress, yorğunluq, yuxusuzluq da gözaltı göyərmələrə səbəb ola bilər. Mütəxəssislər dəmir əksikliyi anemiyasının, bəzi qarciyər, böyrək xəstəliklərinin də bunu yarada biləcəyini söyləyirlər.  Məlumata görə, allergiyası olan insanlarda göz altında göyərmələrə çox rast gəlinir.   Göz və burun axıntısıyla birlikdə damarlarda toplaşan qan, damarların genişliyini artıraraq gözaltı bölgədə göy görüntünün yaranmasına səbəb olur. Qeyri-sağlam qidalanan insanlar da bundan əziyyət çəkə bilərlər. Çünki dəri lazım olan vitaminləri əldə edə bilmədiyi üçün rəng dəyişimi baş verir. Siqaret çəkmək, spirtli içki qəbulu da buna şərait yaradır. Siqaret qandakı oksigen miqdarını azaltdığından gözaltı göyərmələr meydana çıxır.   Göyərmələr xəstəlik əlaməti ola bilərmi?   Depressiya, sinuzit, göz ətrafında yaranan infeksiyalar, böyrək və qaraciyər problemləri, tiroid xəstəlikləri, göz allergiyaları, göz quruluğu, dəmir əksikliyi kimi xəstəliklərdən də göyərmələr baş verə bilər.   Göyərmələri necə aparmalı?   Bunu müalicə etmək üçün ilk olaraq səbəbini araşdırmaq lazımdır. Əgər xəstəlik səbəbindən baş vermirsə, o zaman digər gündəlik qayğılar araşdırılır. Qəhvə, spirtli içki, siqaret kimi vərdişlər azaldılmalı, bol su içilməlidir. Səhər yeməkləri vaxtında, mütəmadi yeyilməlidir.   Bundan əlavə göz ətrafında qan dövranını sürətləndirəcək masajlar, tərkibində K, C vitamini olan kremlərdən istifadə etməkdə də fayda var. Bəzi kosmetoloji prosedurlar vasitəsilə də bunun qarşısını almaq mümkündür.   Əgər bu, yuxusuzluğa görə baş verirsə, həmin bölgəyə soyuq kartof halqaları qoya və ya ilıq çay tətbiq edə bilərsiniz.    Gözaltı göyərmələrdən tamamilə qurtulmaq olarmı?   Bu, müalicə forması və vücudun buna göstərdiyi reaksiyadan asılıdır. Təbii üsullar bunu bir müddətlik həll edə bilər. Əgər bu hal genetikdirsə, müəyyən müddətdən bir göz ətrafına pilinq edilməlidir. Əgər davamlı olmazsa, göyərmə halları geri qayıdar.   Lazer üsulu ilə müalicə edilə bilərmi?