Məşhur ətriyyatçı bədəndən xoş ətir gəlməsinin sirrini açdı: "Hər gün bu meyvədən yeyin"


Digərləri 27 Noy 2017 22:37:00 366 0

Məşhur ətriyyatçı bədəndən xoş ətir gəlməsinin sirrini açdı: "Hər gün bu meyvədən yeyin"

Kristof Ladamidel zəmanəmizin 10 ən böyük ətriyyatçılardan biridir. O hesab edir ki, hər bir brendin özünün xüsusi ətiri olmalıdır. Məşhur parfum ustası bir çox lüks markaların, o cümlədən Beyons, Elton Con kimi udluzların ətirlərinin istehsalı ilə məşğul olub.

Son.az ətriyyatçının müsahibəsini təqdim edir.

- Diqqət çəkmək istəyən şəxslərə nə cür ətir almağı məsləhət görərdiniz?

- Təzə ətir sizi azad edir. Ancaq təzə, eyni zamanda seksual ətir daha cəlbedicidir. İsti və tünd ətir söhbət etdiyiniz adamın diqqətini çəkə, yaxud da əksinə, gözünü qorxuda bilər. Odur ki, bu, istifadə edəcəyiniz ətirlə hansı təsiri yaratmaq istədiyinizlə əlaqəlidir.

- Dəri və qoxu arasında əlaqəni necə izah edirsiniz?

- Dəri rəngi ətrin necə qəbul edilməsinə təsir göstərə bilər. Tünd dəri ətri daha tez hiss edir, amma bu, tamamilə şəraitlə bağlıdır və bioloji hal deyil. Ətirlərin qalıcığına və qoxunun açılmasına yediyiniz qidalar daha çox təsir göstərir. Bədəninizdən hər zaman təmiz və xoş ətir gəlməsini istəyirsinizsə, tez-tez alma yeyin. Alma yeyən insanların bədənindən həqiqətən də təmiz və xoş qoxular gəlir.

- Ətrin bizə uyğun olub-olmadığını necə anlamaq olar?

- Ətir alarkən biləyinizə 4-5 müxtəlif növ ətir sıxmalı və bir az ətrafda gəzməlisiniz. Minimum 30 dəqiqə, maksimum iki saat sonra vurduğunuz ətirləri yenidən yoxlamalısınız. Bu üsul sizə uyğun olanını tapmağa kömək edəcək.

- Bəs doğru ətri seçdiyimizi necə müəyyən edə bilərik?

- Əgər onu istifadə etdikdə özünüzü yaxşı hiss edirsinizsə və ətir gün boyu sıxdığınız yerdə qalıbsa, yəni qalıcıdırsa, deməli istifadə etdiyiniz sizə uyğundur. Belə deyək, gərgin iş günündə vurduğumuz ətrin qoxusunu qəfil hiss edəndə xoşbəxt olursunuzsa, əhvalınız düzəlir, yorğunluq azalırsa, demək ki, seçiminiz düz olub. Üstəgəl, qanda adrenalinin səviyyəsi yüksəlir, hətta bir az başqa cür davranmağa başlayırsınız.

Ətriyyatçılar insanın istifadə etdiyi ətirə əsasən onun haqqında çox şey danışa bilər. Görüşə ətirsiz getməyə dəyməz. Əgər seçim arasında qalmsınızsa, sadəcə yüngül və təmiz ətirlər vurun. Bu cür ətirlər həmsöhbətinizi mütləq pozitivə kökləyəcək, müsbət hisslər oyadacaq, eyni zamanda, haqqınızda xoş təəssüratlar yaradacaq.

- Qadınlar daha çox nə tərz parfumları sevir?

- Əminliklə deyə bilərəm ki, qadınların çoxu şirin notlu ətir istifadə etməyi sevmir.

- Bir ətiri saxlamaq üçün ən yaxşı yer hansıdır?

- Soyuducu və ya şərab soyuducusu.


Xəbərə aid fotolar