Nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur


Digərləri 27 Noy 2017 22:46:00 316 0

Nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur

Payızda yetişən faydalı meyvələrdən biri də xurmadır. Xurma ağacı çox məhsuldardır və onu qışda torpaq yuxuda ikən əkmək daha yaxşıdır, çünki yaz fəsli gələndə ağac artıq yeni məkanda inkişaf etməyə başlayır. Meyvələri yetişəndə qırmızı və qonur qırmızı rəngdə olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xurmanın təxminən 500 növü var və onun vətəni Çin hesab edilir. Ən çox Cənub-Qərbi Asiya, Yunanıstan, İspaniya, Türkiyə, Amerika və Avstraliyada yetişdirilir. XIX əsrin axırlarından etibarən məşhurlaşmağa başlayıb. Azərbaycanda da daha çox cənub bölgəsində, Göyçay, Ağdaş, Zaqatala rayonlarında Şərq xurması növü becərilir. Ondan başqa Qafqaz və Virgen xurması olmaqla daha iki növ yabanı xurmaya da rast gəlinir.

Şərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, üzvü turşular, yod birləşmələri və digər vitaminlər var. Ümumi zəiflik, qan azlığı, vitamin çatışmazlığı zamanı çox faydalıdır. Ürək-damar xəstəliklərinin müalicəsinə çox müsbət təsir göstərir. Tərkibində olan fosfor beynin tələbatını ödəyir. Mütəxəssislər onun acqarına yeyilməsini məsləhət görmürlər.