4 otaqlı ev yanıb


Digərləri 27 Noy 2017 22:31:00 234 0

4 otaqlı ev yanıb

Neftçala rayonu, Kür Qarabucaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.