İngiltərədə qızdırması olan və öskürən şəxslərə XƏBƏRDARLIQ Evdən ÇIXMAYIN


Digərləri 27 Noy 2017 22:24:00 262 0

İngiltərədə qızdırması olan və öskürən şəxslərə XƏBƏRDARLIQ  Evdən ÇIXMAYIN

İngiltərə Milli Sağlıq Sistemi ölkədə qızılca epidemiyasına qarşı vətəndaşlara xəbərdarlıq edib.

Son.az xəbər verir ki, temperaturu yüksək olan və ya öskürək əlamətləri olan şəxslərə evdən çıxmamaqla bağlı xəbərdarlıq edilib.

Ölkənin iki ən böyük şəhəri Lids və Liverpulda qızılca epidemiyası yayılıb. Ən çox bilinən əlamətləri öskürək və qızdırma olan xəstəliyin yayılmasının qarşısını almaq üçün insanların evlərindən çıxmamaları, xüsusi vəziyyətlərdə həkimə müraciət etmələri tövsiyə olunub.