Binəli Yıldırım: "Tramp Türkiyə üçün nəyin vacib olduğunu başa düşüb"


Dünya 27 Noy 2017 21:49:50 306 0

Binəli Yıldırım: "Tramp Türkiyə üçün nəyin vacib olduğunu başa düşüb"

"Türkiyənin İŞİD ilə bağlı mübarizəsinə dair siyasətinin lap əvvəldən məlum idi"

"ABŞ prezidenti Donald Tramp Türkiyə üçün nəyin vacib olduğunu başa düşüb".

"Report" "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Londonda "BBC World"-un jurnalisti Lyusi Hokinqsın ABŞ-ın suriyalı kürdlərə silah satmasına dair sualına cavabında deyib.

O, ölkəsinin İŞİD-ə qarşı mübarizəsinə dair siyasətinin əvvəldən məlum olduğunu söyləyib.

"Əgər İŞİD-lə mübarizə apacaqsınızsa, düzgün müttəfiq seçməlisiniz. Bir terror təşkilatına qarşı diqər terror təşkilatından istifadə etməklə mübarizə aparmaq mümkün olmayacaq. Bizə YPG və ya PYD ilə iş birliyinin seçim yox, məcburiyyət olduğu deyildi. Bunu qəbul etməsək də, anladıq. Bu, müvəqqəti bir əlaqə idi. Çünki İŞİD hal-hazırda məğlub edilmiş haldadır" , - deyə o əlavə edib.