Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamlar”ı adlı möhtəşəm layihə davam edir


Kriminal 27 Noy 2017 19:42:00 289 0

Beynəlxalq Muğam Mərkəzində  “Muğam axşamlar”ı adlı möhtəşəm layihə davam edir

Beynəlxalq Muğam Mərkəzinin layihələrindən olan "Muğam axşamları" uzun müddətdir ki,  muğamsevərlərin könlünü oxşayır. Xatırladaq ki,ötən mövsüm mayın 16-dan iyunun  30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin  ifasında "Rast","Şur","Segah","Çahargah","Bayatı-Şiraz","Şüştər", "Hümayun" muğamları ifa edilmişdir.

Noyabrın 29-da saat 19:00 -da  Beynəlxalq Muğam Mərkəzində, "Muğam axşamları" layihəsi  çərçivəsində"Dəşti","Qatar","Mirzə Hüseyn Segahı" səslənəcək.

Gecədə Əməkdar müəllim Qəzənfər Abbasov və V Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Ülviyyə Məmmədzadə "Mirzə Hüseyn Segahı" ni, tanınmış xanəndə Nasir Ətəpur "Dəşti" muğamını, müxtəlif illərdə keçirilmiş Televiziya Muğam Müsabiqəsinin iştirakçıları Nüsabə Kərimli və Gülnar Qüdrətli  "Qatar" muğamını ifa edəcəklər.