Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib


Kriminal 27 Noy 2017 18:42:00 333 0

Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib

Noyabrın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində  şair  Molla  Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib.

Mərasimdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəlsəfə doktoru, dosent Mərziyə Nəcəfova, C.Cabbarlının ev muzeyinin direktoru  Qəmər  Bağırova, MKS direktorları və başqaları iştirak ediblər.

Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub. Müsabiqənin final mərhələsində iştirak edən hər bir iştirakçı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fəxri Fərman və hədiyyələri ilə mükafatlandırılıb.

Həmçinin, şeir müsabiqəsində münsiflər heyətinin ümumi qərarına əsasən qalib seçilən 4 məktəbli oxucu eynidərəcəli diplomlarla təltif olunublar.


Xəbərə aid fotolar