Qubada iki nəfərin ölümündə təqsirləndirilən hər iki sürücüyə hökm oxundu


Digərləri 27 Noy 2017 18:48:00 273 0

Qubada iki nəfərin ölümündə təqsirləndirilən hər iki sürücüyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada iki nəfərin ölmü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Malik Həmidov və Ceyhun Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Malik Həmidov 8 il, ev dustaqlığında olan Ceyhun Allahverdiyev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalıdan həbs olunub.