Gədəbəydə ikimərtəbəli ev yanıb


Digərləri 27 Noy 2017 18:29:22 251 0

Gədəbəydə ikimərtəbəli ev yanıb

Gədəbəydə yanğın olub.

Bakı. Gədəbəydə yanğın olub. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Arıqıran kəndində ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli 8 otaqlı taxta konstruksiyalardan ibarət ev 200 kv.m sahədə, ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda olan 15 ton ot bağlamasının 7 tonu yanıb. Evin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.​ Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin