Bakıda “İtaliya filmlərinin dadı” Film Festivalı keçirilir


Digərləri 27 Noy 2017 17:32:35 143 0

Bakıda “İtaliya filmlərinin dadı” Film Festivalı keçirilir

Filmlərin nümayişi ödənişsizdir və giriş sərbəstdir

Noyabrın 27-dən Bakıda “İtaliya filmlərinin dadı” Film Festivalı başlayır. 

İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Dünyada İtaliya Mətbəxi həftəsi çərçivəsində keçirilir. 

Festival çərçivəsində İtalyan mətbəxinin incəliklərini özündə ehtiva edən, beynəlxalq mükafatlara layiq görülən İtaliyanın məhşur filmləri qonaqlara nümayiş etdiriləcək. Bütün filmlər Landmark III Hotel və Biznes Mərkəzinin (Nizami küçəsi 90A) “Cineclub” zalında dörd gün ərzində nümayiş olunacaq.

27 noyabr

Saat 19:00. “Çörək və Zanbaq” (rejissor Silvio Soldi) 

28 noyabr

Saat 19:00. “İnspektor Montalbano filmi” (rejissor Alberto Sinonu)

29 noyabr

Saat 18:30. “İtaliya ağ-qarada yeyərkən” (rejissor Andrea Qroppolero di Troppenburg)

Saat 19:00. “Şərab qayaları” (rejissorlar Ermanno Olmi və Cakomo Qatti) 

30 noyabr

Saat 18:30. “Ümumi mətbəx sənəti” (rejissor Ancelo Rosetti)

Saat 19:00. “Kətan üzərində şərab” (rejissor Arianna Qreko)

Filmlərin nümayişi ödənişsizdir və giriş sərbəstdir.

Qeyd edək ki, Dünyada İtaliya Mətbəxi həftəsi hər il müxtəlif ölkələrdə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəstəyi ilə ölkə mədəniyyətinin təbliği və təşviqi məqsədilə keçirilir.