Bakıda vergi uçotundan yayınan mağazalar müəyyənləşdirildi


Digərləri 27 Noy 2017 16:51:00 309 0

Bakıda vergi uçotundan yayınan mağazalar müəyyənləşdirildi

"Forte kids" və "Forte fashion" əmtəə nişanı altında fəaliyyət göstərən obyektlərin vergi uçotundan yayındırıldığı müəyyən edilib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən Bakı şəhəri Yasamal və Xətai rayonlarının ərazisində Vergi Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan şəxslərin aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilib.

Bu tədbirlər zamanı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal D.Bünyadzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində və Əhməd Cəmil ev 66, mənzil 1 ünvanında yerləşən "Forte Fashion", habelə Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küçəsi 22A, məhəllə 2325 ünvanda yerləşən "Forte Fashion" və "Forte kids" adlı geyim mağazalarında vergi orqanında uçota alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi faktları aşkar olunaraq Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada rəsmiləşdirilib.

Bununl yanaşı, D.Bünyadzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində yerləşən "Forte Fashion" geyim mağzasında 4 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 255389 manat məbləğində malların uçotdan yayındırılması, Əhməd Cəmil ev 66, mənzil 1 ünvanında yerləşən "Forte Fashion" geyim mağazasında 8 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 291919 min manat məbləğində malların uçotdan yayındırılması, Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küçəsi 22A, məhəllə 2325 ünvanda yerləşən "Forte Fashion" geyim mağazasında 72 564 manat, "Forte kids" uşaq geyimləri mağazasında 57394 manat məbləğində malların uçotdan yayındırılması halları müəyyən edilib.