Partlayıcı maddələrin idxal gömrük rüsumları artırıldı


Digərləri 27 Noy 2017 16:25:00 313 0

Partlayıcı maddələrin idxal gömrük rüsumları artırıldı

Azərbaycana idxal edilən partlayıcı maddələrə tətbiq edilən idxal gömrük rüsumları artırılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb.   Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən hazırda hərbi məqsədlər istisna ilə, digər hallarda ölkəyə gətirilən barıt, barıtdan başqa hazır partlayıcı maddələr, odkeçirən naqillər və detonasiya naqillərinə 3 faiz idxal gömrük rüsumu tətbiq edilir.   Yeni qərara əsasən gələn il yanvarın 1-dən bu partlayıcı maddələrə 5 faiz idxal gömrük rüsumları tətbiq olunacaq.   Qeyd edək ki, hazırda Azərbaycana hərbi məqsədlər üçün idxal edilən barıta idxal gömrük rüsumundan azaddır. "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə əsasən Azərbaycana hərbi məqsədlər üçün idxal edilən barıta idxal gömrük rüsumu tətbiq edilməməsi qüvvədə saxlanılıb.