""Azərbaycan" parkında baş verənlər xuliqanlıqdır"


Digərləri 27 Noy 2017 16:05:00 236 0

""Azərbaycan" parkında baş verənlər xuliqanlıqdır"

Odessada tikilməsi planlaşdırılan "Azərbaycan" parkındakı lövhənin üzərinin boya ilə ləkələnməsi ilə bağlı araşdırma aparılır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ukraynanın Odessa şəhərində tikilməsi planlaşdırılan "Azərbaycan" parkındakı lövhənin üzərinin boya ilə ləkələnməsi xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir. Səfirlik bu cür xuliqanlıq hərəkətlərinin siyasiləşdirilməsini qətiyyətlə pisləyir və kütləvi informasiya vasitələrini həssas mövzulara diqqətlə yanaşmağı tövsiyə edir.