Bakıda cinayətkar kameralardan necə qaçdı? FOTOFAKT


Digərləri 27 Noy 2017 15:18:00 275 0

Bakıda cinayətkar kameralardan necə qaçdı?   FOTOFAKT

Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsinin "Gənclər Şəhərciyi" ərazisində Rəşad Şükürovun avtomobillə vurulması barədə məlumat vermişdik.

Məsələ burasındadır ki, şübhəli qismində hələ də saxlanılan yoxdur və Binəqədi Rayon Polis İdarəsi cinayət hadisəsini araşdırmaqdan imtina edib. Bunu cinayət işini araşdıran sözügedən polis idarəsinin müstəntiqi Mehdiyev Ramil ötən həftənin 4-cü günü Rəşadın ailəsi ilə görüşərkən deyib. O, bu addımı ərazinin Binəqədiyə yox, Abşeron rayonuna aid olduğunu və buna görədə cinayət işini gələn həftənin I günündən (yəni, bu gün) Abşeron Rayon Polis İdarəsi araşdıracağını bildirib. Lakin keçən həftənin 6-cı günü Rəşadla bağlı hazırladığımız bundan öncəki yazıdan sonra Binəqədi Rayon Polis İdarəsinin istintaq-araşdırma şöbəsindən redaksiyaya gələn zəng zamanı cinayət işinə fasilə vermədən araşdırdıqları barədə məlumat veriblər.

Bəs "bağlı cinayət" hesab etdiyi olayı araşdıran müstəntiq noyabrın 9-dan 22-nə kimi nə işlə məşğul idi?

Rəşad Binəqədi-Novxanı yolunda avtomobillərin hərəkəti istiqamətində arxadan gələn avtomobillə vurulub. Bunu Rəşad ifadəsində "Maşın arxadan vurdu, ona görə də heçnə görmədim" sözləri ilə bir daha təsdiq edib.

Son.az sözügedən ərazidə Rəşadın vurulduğu yerdən hərəkət istəqamətinin əksinə doğru müşahidə aparıb və bir sıra maraqlı məqamlar üzə çıxıb. Qəzanın baş verdiyi yerdən təxminən 150-200 metr geridə bir tikilidə maşın yoluna tuşlanmış kamera nəzərimizdən qaçmadı.

Həmin istiqamətdə I kameradan təxminən 70 metr qabaqda II kamera göründü. O da daha bir tikilidə maşın yolu istiqamətində quraşdırılıb. Belə düşünək ki, bu kameralar nasazdır və yaxud, artıq onların fəaliyyəti dondurulub.

Bəs II kameradan təxminən 150 metr - üzü Binəqədi istiqamətinə gedərkən dairədə DYP-nin quraşdırdığı 3 kamerada şübhəlini təyin etməyə kifayət etmədimi?