"Məktəb direktoru deyir ki, evinizi dəyişin" VİDEO FOTO


Digərləri 27 Noy 2017 14:04:00 408 0

"Məktəb direktoru deyir ki, evinizi dəyişin"  VİDEO  FOTO

Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən 251 saylı orta məktəbin qarşısında valideynlər etiraz aksiyası keçirib.

Son.az report-a istinadən xəbər verir ki, narazılığa səbəb məktəbin həyətinə gedən yolların bağlanması, yalnız bir yolun açıq saxlanılmasıdır. Valideynlər həmin açıq qalan yolun təhlükəli olduğunu və əksəriyyətinin evinə uzaq olduğunu bildirib.

"Biz məcbur olub uşaqları avtomobil yolu ilə gətiririk", - deyə, valideynlərdən biri bildirib. Digər qapıların bağlanması səbəbindən, noyabrın 21-də məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub. Azyaşlı canını yüngül xəsarətlə qurtarıb.

Valideynlərin verdiyi məlumata görə bir neçə gün bundan öncəyə qədər təhsil ocağının 4 giriş çıxış qapısı olub. Onlar bildirib ki, direktorun qərarı ilə 3 giriş çıxış qapısı bağlanıb: "Biz valideyn olaraq problemlə bağlı dəfələrlə direktora müraciət etsək də, o, bizə "evinizi dəyişin, məktəbin əsas girişi ilə üzbəüz binadan ev alın" cavabını verdi". "Report"un əməkdaşları şikayətlə əlaqədar məktəb rəhbərliyindən münasibət öyrənmək istəsə də, direktor müsahibə verməkdən imtina edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra açıqlama veriləcək.