Peterburqda Azərbaycan vətəndaşının boğazını kəsdilər


Kriminal 27 Noy 2017 13:58:20 280 0

Peterburqda Azərbaycan vətəndaşının boğazını kəsdilər

Sankt-Peterburqda azərbaycanlı bıçaqlanıb.

Son.az apa-ya istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə ötən gün, yerli vaxtla gecə 4 radələrində Şturman küçəsində, azərbaycanlının yaşadığı mənzildə baş verib.   Naməlum şəxs 43 yaşlı Azərbaycan vətəndaşına bıçaqla hücum edərək boğazını kəsib.   Həmyerlimiz ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyada olan yaralının durumu çox ağır qiymətləndirilir. Həkimlər onu xilas etməyə çalışırlar.   Faktla bağlı istintaq başladılıb, hadisənin detalları araşdırılır.