"Ermənilər Gürcüstan hökumətini aldadıblar"


Dünya 27 Noy 2017 13:41:00 212 0

"Ermənilər Gürcüstan hökumətini aldadıblar"

Tbilisinin mərkəzində qondarma "Dağlıq Qarabağ Respublikası" adından foto sərginin açılması yolverilməzdir.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında politoloq, tarixçi alim Quram Marxuliya bildirib.

O deyib ki, ermənilərin bu addımı Gürcüstana qarşı təxribatdır: "Ona görə ki, separatizmdən əziyyət çəkən Gürcüstan hökuməti belə bir tədbirin təşkilinə icazə verməz. Görünür, ermənilər bu dəfə də Tbilisidəki məmurları aldadıblar".

Politoloqun sözlərinə görə, heç bir dövlət tərəfindən tanınmayan, qondarma respublikaların bu cür addımlarının qarşısı alınmalıdır.

Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin professoru, politoloq Badri Natçkebia isə bildirib ki, ermənilərin tanınmamış, qondarma respublika adından bu cür sərgi təşkil etməsi düzgün deyil: "Biz erməni rəssamların sərgisinin açılacağı barədə məlumat almışdıq. Amma orada qondarma "Dağlıq Qarabağ Respublikası" adından sərgi açmaq heç bir etikaya və siyasi əxlaqa sığmır".