Artilleriyaçıların döyüş hazırlığını yüksəltmək məqsədilə yarış keçirilib


Siyasət 27 Noy 2017 12:44:10 281 0

Artilleriyaçıların döyüş hazırlığını yüksəltmək məqsədilə yarış keçirilib

Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv ediblər

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.

Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv ediblər.

Tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək qalib gələn komandalar təltif olunub.