Səfir: Əfqanıstan yük daşımaları üçün BTQ dəmir yolundan istifadə edə biləcək


Digərləri 27 Noy 2017 12:30:00 181 0

Səfir: Əfqanıstan yük daşımaları üçün BTQ dəmir yolundan istifadə edə biləcək

Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Bakı. Ləman Zeynalova - Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq. Trend-in məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili mətbuat konfransında deyib. Səfir qeyd edib ki, işçi qrupunun birinci iclası gələn ilin əvvəlində keçiriləcək. O xatırladıb ki, bu yaxınlarda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında dəmir yolu dəhlizinin yaradılması ilə bağlı sənəd imzalanıb: “Bu layihə vasitəsilə Əfqanıstan Türkmənbaşı və Batumi limanları, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə biləcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin