Yoahim Löv Almaniyanın ən məşhur klubunda çalışa bilər


İdman 27 Noy 2017 12:21:00 376 0

Yoahim Löv Almaniyanın ən məşhur klubunda çalışa bilər

Almaniyaq millisinin baş məşqçisi Yoahim Löv 2 ildən sonra "Bayern Munich"in sükanı arxasına keçə bilər.

Son.az goal.az-a istinadən xəbər verir ki, Münhen klubu Bundestimlə müqaviləsi başa çatandan sonra Lövə təklif göndərmək niyyətindədir. Nəşrin məlumatına görə təcrübəli mütəxəsis 2018-ci il dünya çempionatından sonra istefa verib 1 illik fasilə götürəcək. "Bavariya"nın bossları Yupp Haynkesi 2019-cu ilə kimi işini davam etdirməyə inandırmaq üçün əlindən gələni edir. Haynkes isə mövsümün sonunda "Bayern Munich"dən gedəcəyini qətiyyətlə söyləyir.