Bakıda böyük söküntü Evlərindən kirayəyə köçənlərin mənzillə təmin olunacağı sual altındadır


Digərləri 27 Noy 2017 11:50:00 315 0

Bakıda böyük söküntü  Evlərindən kirayəyə köçənlərin mənzillə təmin olunacağı sual altındadır

"Bakıda köhnə tikililərin, xüsusən də "Xruşşovka" adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaata məsul olacaq şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqqlarını ödəyən və həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər. İlk baxışdan inşaat şirkətlərin təklifi normal təsir bağışlayır: bina inşa edilənədək kirayə haqqı ödənilir, daha sonra köhnə binadakı mənzil sahibi yeni və sahəsi müqayisəli şəkildə böyük mənzilə sahib olur. Amma proses heç də belə sadə olmaya bilər".

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Belə ki, ekspert qeyd edib ki, risklər sığortalanmadığından inşaat şirkəti gələcəkdə öhdəliyini yerinə yetirə bilməzsə, o zaman vətəndaşın yeni mənzili necə əldə edəcəyi mexanizmləri bəlli deyil: