Aİ Azərbaycana 1,1 milyon avro ayıracaq


Digərləri 27 Noy 2017 10:55:00 322 0

Aİ Azərbaycana 1,1 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Azərbaycanda icbari tibbi sığortaya dəstək üçün 1,1 milyon avro ayıracaq.

Son.az trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq-layihəsinin açılışında deyib.

K.Yankauskas bildirib ki, bu layihə çərçivəsində Azərbaycanın tərəfdaşları kimi Fransa və Litva çıxış edəcəklər.

Tvininq-layihə 2019-cu ilin avqustunda başa çatacaq.