Piyadanı vuran sürücü şoka düşdü


Digərləri 27 Noy 2017 10:43:00 282 0

Piyadanı vuran sürücü şoka düşdü

Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, yolu keçmək istəyən 1975-ci il təvəllüdlü İbrahimli Arzu Əvəz qızını "Mercedes" markalı avtomobil vurub.

Sürücü yaralıya kömək edə bilməyib. Əraziyə cəlb edilən yol patrul xidməti əməkdaşlarının köməyi ilə sürücü və yaralı xəstəxanaya yerləşdiriliblər. Həkimlərin dediyinə görə, sürücü hadisənin baş verdiyi an müvəqqəti şok vəziyyətinə düşüb. Sürücüyə ilkin yardım göstərildikdən sonra o, Abşeron Rayon Polis İdarəsinə aparılıb.