Bakıda çoxmərtəbəli binada yanğın olub: 2 nəfər xilas edilib, 10 nəfər təxliyə olunub


Digərləri 27 Noy 2017 07:48:00 245 0

Bakıda çoxmərtəbəli binada yanğın olub: 2 nəfər xilas edilib, 10 nəfər təxliyə olunub

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.