Qərbin strateji planı və razılaşdırılmış oyunlar


Siyasət 27 Noy 2017 07:07:00 232 0

Qərbin strateji planı və razılaşdırılmış oyunlar

Prezident İlham Əliyevin fikirləri AB ölkələrinin mövqeyinə də təsir göstərəcək.

"Prezident İlham Əliyevin Brüsselə səfərinin əsas məqsədi Avropa Birliyi ilə uzun müddətdən bəri həyata keçirilən əməkdaşlığın nəticəsi olaraq hazırki mərhələdə "Şərq Tərəfdaşlığı" sammitində iştirak və burada tərəfdaşlığa dair bir sıra mühüm sənədlərin imzalanmasıdır. Burada əsas məqam odur ki, NATO həmin siyasi-iqtisadi münasibətlərin qarantı kimi çıxış edir".

Bunu Son.az-a açıqlamasında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin ehtiyat üzvü, millət vəkili Zahid Oruc bildirib.

Azərbaycan Prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib - FOTO  Millət vəkilinin sözlərinə görə, görünür, Qərb dairələrində bu məsələyə daha sistemli şəkildə yanaşma tətbiq ediblər: "Çünki 2013-cü ildə yaşanan məlum hadisələr həm Brüsseldə toplaşan şəxsləri, xüsusilə strateqləri, əsas beyin mərkəzləri və siyasi institutların nümayəndələrini nəticə çıxarmağa vadar edib. Bu səbəbdən atılan addımları yalnız iqtisadi xarakterdə qəbul etmək çox yanlış olar. Ümumən AB-nin yürütdüyü siyasət 6 dövləti bu və ya digər formada Rusiyanın təsir zolağından çıxarıb öz təsir dairəsinə salmaq, hətta mümkündür ki, gələcəkdə antiRusiya bloklarına qoşmaq niyyətindən doğur. Obrazlı desək, bunu "Qərb tərəfdaşlığı" planı kimi də xarakterizə etmək olar".

Onun fikrincə, Azərbaycan NATO və Qərblə münasibətlərində düzgün siyasət yürüdür: "Azərbaycan müxtəlif dönəmlərdə regional təhlükələrin xarakterindən asılı olaraq öz xarici siyasət kursunda addımlarını korrektə edib. Məsələn, biz bir müddət NATO ilə daha sıx proqramlarda çalışırdıq və bu, gələcəkdə hətta üzvlük üçün fəaliyyət proqramı səviyyəsinədək inkişaf edə bilərdi. Lakin sonrakı dövrdə regionda qüvvələr nisbəti dəyişdikcə Azərbaycan Gürcüstan və Ukraynadan fərqli olaraq NATO-ya üzvlük məsələlərini qətiyyən qabartmadı. Bu, düzgün yanaşma idi, çünki dövlətlərin siyasəti dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmalıdır.   Prezident İlham Əliyev: "Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir" - FOTO   Lakin bizim əsas iqtisadi tərəfdaşlarımız, xüsusilə də transmilli şirkətlər üzərindən Qərb dövlətləridir. Hər bir dövlətin varlığının da başlıca şərtlərindən biri də budur ki, siyasi məkan olaraq da özünü həmin qitədən qopara bilməz. Xarici siyasət Asiyaya, iqtisadi siyasət isə 2 və ya 3-cü istiqamətə yönlənəndə şübhəsiz ki, bu, ölkə daxilində də qeyri-sabitlik və təhlükələr yaradır. Ona görə də Azərbaycan prezidentinin bu sammitə qatılması o anlama gəlir ki, biz Avropa məkanında olan müxtəlif təşkilatlarda problemlərlə üz-üzə qalsaq da, bütövlükdə Qərblə əməkdaşlıq və tərəfdaşlığımızdan qətiyyən geri çəkiləsi deyilik. Çünki bu, bizim siyasətimizin əsasını təşkil edir, bunun üçün böyük məsafələr dəf olunub və hansısa paytaxtlarda, siyasi mərkəzlərdə əleyhimizə açılan savaşlar bizi yoldan döndərə bilməz".

Z.Oruc hesab edir ki, Azərbaycan prezidentinin Brüssel səfəri Dağlıq Qarabağ probleminin həllinə düzgün olmayan yanaşmalara da təsir edə bilər: "Şübhəsiz, prezident İlham Əliyevin bu sammitə qatılmasında məqsəd ərazi bütövlüyü problemini ən üst səviyyəyə daşımaqdır. Bu da hazırda yetərincə düzgün addımdır. Çünki işğalçı Ermənistanın bu qurumla əlaqələrinin hansı səviyyədə inkişaf etdiyi bəllidir. Yəni iqtisadi və hərbi cəhətdən qucağını müəyyənləşdirmiş dövlət əslində, qətiyyən Qərbin tərəfdaşı ola bilməz. Lakin hansısa mərkəzlərdə razılaşdırılmış bir oyun gedir. Müəyyən mərhələlərdə Ermənistan öz əsl məramını üzə çıxaracaq, ermənilərin orada müxtəlif dezinformasiyalar və pozuculuq fəaliyyətini də görəcəyik. Hətta İrəvanın həmin 6-lıq ölkələrinin formatının pozulması üçün addımlar atacağı da istisna deyil. Yəni belə demək mümkünsə, onlar orada casusluq edirlər. Lakin ermənilər həm də Qarabağ məsələsini bu müstəvidə qoyaraq Qərbin vasitəsilə Azərbaycanın ərazi bütövlüyü üzərində sual işarəsi qoyulmasını istəyirlər.

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi Təəssüf ki, bundan öncə bu məsələyə Birlik tərəfindən düzgün yanaşma tətbiq olunmayıb. Məsələn, Ukrayna üçün Krıma öz müqəddəratını təyinetmə tətbiq edilmədiyi halda, Azərbaycanla bağlı məsələdə müxtəlif tərəddüdlərin şahidi olmuşuq. Ümid edirəm ki, bu məsələlər artıq çözülüb və anlaşılmazlıq artıq geridə qalıb. Əminəm ki, keçirilən sammit və əldə edilən razılaşmalar regionda geosiyasətin xarakterini dəyişəcək, yeni paradiqmalar yaradacaq. Çünki AB-nin əsas üzvlərinin hamısının orada iştirak etməsi, liderlərinin ən yüksək səviyyədə bu toplantıya qatılması deməyə imkan verir ki, bu, Qərbin strateji bir planıdır. Yəni bizim hazırda verdiyimiz qərarlar yalnız bir məkandan gələn dalğaya təsadüfən qoşulmaq niyyəti deyil. Ortada son dərəcədə dərindən hesablanmış xarici siyasət yanaşması var. Əminəm ki, prezidenti İlham Əliyevin sammitdə iştirakı, oradakı çıxışı və irəli sürdüyü tezislər gələcəkdə AB ölkələrinin mövqeyinə və xarici siyasətinə də ən yüksək səviyyədə təsir göstərəcək".

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində