Bakıda yaşayış binasında yanğın baş verib: tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib, daha 10 nəfər təxliyə olunub


Sosial 27 Noy 2017 06:32:49 285 0

Bakıda yaşayış binasında yanğın baş verib: tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib, daha 10 nəfər təxliyə olunub

Yanğın zamanı tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilmiş və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunmuşdur.

  Bakının  Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində  yanğın baş verib. "Report" xəbər verir ki, hadisə nəticəsində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanmışdır. 

Yanğın zamanı tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilmiş və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzillər yağından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.