Parisdə azərbaycanlı musiqiçinin fransalı caz ustası ilə birgə albomunun təqdimatı keçirilib - FOTO


Digərləri 27 Noy 2017 05:12:33 164 0

Parisdə azərbaycanlı musiqiçinin fransalı caz ustası ilə birgə albomunun təqdimatı keçirilib - FOTO

Parisin San-Jülyən-le-Povr kilsəsində baş tutan bu konsert fransalı musiqisevərlərin böyük marağına səbəb olub

Məşhur muğam ustası Qoçaq Əsgərov və fransız caz ustası Pyer de Treqomenin birgə “MUĞHAM SOULS” albomumun işıq üzü görməsi münasibətilə Parisdə konsert keçirilib.

“Report”un Fransa bürosu məlumat verir ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə Parisin San-Jülyən-le-Povr kilsəsində baş tutan bu konsert fransalı musiqisevərlərin böyük marağına səbəb olub.

Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva tədbirdə çıxış edərək YUNESKO-nun qeyri maddi-mədəni irsi siyahısında yer almış, sufi ənənəsini özündə əks etdirən muğam haqqında qonaqlara ətraflı məlumat verib, caz musiqisi və muğamın birgə uğurlu ifası ilə ərsəyə gəldən bu albomun musiqi dünyasında əlamətdar hadisə olduğunu bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvü, musiqişünas, muğam sahəsində aparıcı mütəxəssislərdən biri Dr.Sənubər Bağırova Qoçaq Əsgərov və Pyer de Treqomenin muğamın qərb melodiya çalarları ilə uğurlu sintezini böyük ustalıqla ərsəyə gətirdiklərini bildirib.

Pyer de Treqomen “Report”a açıqlamasında bildirib ki, “MUĞHAM SOULS” albomunun daha bir təqdimatı gələn ilin əvvəllərində Azərbaycanda keçiriləcək.

Bu iki musiqi ustadını kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, pianoda Vasif Hüseynzadə müşayiət ediblər.