Binəqədidə şadlıq evinin qarşısından keçən gənc oğlanı maşın vurub


Sosial 27 Noy 2017 04:36:00 271 0

Binəqədidə şadlıq evinin qarşısından keçən gənc oğlanı maşın vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Bakının Binəqədi rayonu ərazisində gənc oğlanı avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi "Zəngəzur" şadlıq evinin qarşısında baş verib.

1990-ci il təvəllüdlü Şahbazov Şahbaz Balabəy oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.