Harvardın psixoloqu tibb dünyasını lərzəyə saldı:


Digərləri 27 Noy 2017 04:30:00 316 0

Harvardın psixoloqu tibb dünyasını lərzəyə saldı:

Harvardın psixoloqu Cerom Kaqanın rəsmi çıxışı elm dünyasını lərzəyə salıb. O bildirib ki, Diqqət çatışmazlığı və Hiperaktivlik Sindromu (DÇHS) deyilən bir xəstəlik yoxdur. Bu farmasevtlərin pul tələsidir.

Son.az xəbər verir ki, Kaqan dünyanın ən məşhur psixoloqlarından biridir. Həmkarları onu əsrin ən peşəkar mütəxəssisi adlandırırlar. Odur ki, Kaqanın bu fikrinə gözüqapalı inana bilərik.

Professor Cerom Diqqət çatışmazlığı və Hiperaktivlik Sindromunun cəfəngiyyat olduğunu bildirir və hesab edir ki, bu tibbin növbəti yalanıdır:

"Pediatrlar problemli uşaqları müayinə edər-etməz DÇHS diaqnozu qoyub, Ritalin dərmanı yazırlar. Əslində isə dünya statistikası üzrə bu uşaqların 90%-i, yəni 5,4 milyonu anomal dopinamin metabolizmindən əziyyət çəkmir. Sadəcə bu uşaqlara yazılan dərman bütün həkimlər üçün əlçatandır".

Kaqanın fikrincə, DÇHS müalicə etmək məqsədilə istifadə olunan dərmanların farmasevtlərdən başqa heç kimə faydası yoxdur. Xüsusən də uşaqlara. Sadəcə bu vasitələrdən həkimlərin özü və əczaçılar kifayət qədər pul qazanırlar. Odur ki, dünya farmasevtika nəhəngləri bu sindromun müalicəsilə məşğul olan psixoloq və psixoterapevtləri maliyyələşdirirlər.