İspaniyada gecə klubunda döşəmənin çökməsi nəticəsində 40 nəfər yaralanıb


Digərləri 27 Noy 2017 00:13:00 226 0

İspaniyada gecə klubunda döşəmənin çökməsi nəticəsində 40 nəfər yaralanıb

İspaniyanın Tenerife adasında, Adehe şəhərinin "Butterfly Disco Pub" gecə klubunda döşəmə çöküb

Bakı. İspaniyanın Tenerife adasında, Adehe şəhərinin "Butterfly Disco Pub" gecə klubunda döşəmə çöküb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, döşəmənin çökməsi nəticəsində 40 nəfər xəsarət alıb. Adehe şəhərinin meri Xose Migel Rodrigez bildirib ki, insidentlə bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin