Günün qoroskopu: bir qədər gözləmək lazımdır


Digərləri 27 Noy 2017 00:01:00 261 0

Günün qoroskopu: bir qədər gözləmək lazımdır

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Bu gün ulduzlar sizə hər şeydə yardım edəcəklər. Gününüzü nəyə həsr etsəniz, sizi uğur müşayiət edəcək. Sizin üçün çoxdan maraq kəsb edən adamla görüş təyin etmək olar: bu gün onun yanında ən yaxşı təəssüratlar oyadacaqsınız.  Pul gəliri, dəyərli hədiyyətər mümkündür. Uğurlu bazarlıq da istisna deyil. Yeni və adət etmədiyiniz nə iləsə məşğul olmaqdan qorxmayın: yeni təəssüratlar, yəqin ki, xoşagələn olacaq.

Buğa - Çox əlverişli gündür. Ondan ciddi, vacib və faydalı iş üçün istifadə etmək yaxşı olardı. Dostlarınızdan alacağınız maraqlı informasiya sizi maraqlı fikirlərə sövq edə bilər. Dünyanın o başına və ya yaxınlıqdakı parka getməyinizdən asılı olmayaraq, bu gün planlaşdırılan səfərlər yaxşı keçəcək. Yaradıcılıq potensialı yüksəkdir. Onun layiqincə tətbiqini tapmaq lazımdır. Özünüzü ənənəvi işlər, adi məsələlərin həlli ilə məhdudlaşdırmayın, yeni üfüqlər açın.

Əkizlər - bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə diqqətinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər. Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.

Xərçəng - əgər peşə sahəsində uğura nail olmaq istəyirsinizsə, daha çox inad və qətiyyət nümayiş etdirin. Bu keyfiyyətlər olmadan lazım olan uğuru əldə etmək olmaz. Ciddi rəqabətdə iştirak etməli olacaqsınız. Bu mübarizədə yalnız hiyləgərlik sayəsində qalib gəlməyin mümkünlüyü istisna deyil. Əlverişsiz maliyyə mənzərəsi ilə qarşılaşacaqsınız. Bu gün gözlədiyinizdən daha çox pul xərcləməli olacaqsınız. Sevdiyiniz insan sizdən diqqət və dəstək gözləyir, amma ümid etdiyiniz anlayışı göztərmir. İncikliklərdən yayınmağınız mümkündür. Amma münasibətlər kifayət qədər gərgin olacaq.

Şir - sizi çox çətin gün gözləyir. Yalnız öz gücünüzə arxalanmalısınız. Düzdür, köməkçiləriniz var, amma daim onlara təkan vermək, nəzarət etmək lazım gəlir. Ona görə də kifayət qədər tez bir zamanda bu nəticəyə gələcəksiniz ki, ən asanı və tezi hər şeyi özünüzün etməyinizdir. Səfərlərdə ehtiyatlı olun. Səfərlər gözlədiyiniz kimi keçməsə, təəccüblənməyin. Günün ikinci yarısında planlarınızı dəyişməyə, əvvəlcədən təyin olunmuş hansısa görüşlərdən imtinaya vadar edəcək nasazlıqlar mümkündür.

Qız - Təhsillə məşğul olmaq olar. Sizi nəyin cəlb etməsinin fərqi yoxdur - dəqiq elmlər, xarici dillər və ya musiqi savadı. Rəğbət asanlıqla yaranacaq. Çoxları təəccüblə hiss edəcəklər ki, əvvəllər, ümumiyyətlə, bəyənmədikləri adamlara doğru meyl edirlər. Yeni münasibətlər zəngin və parlaq olacaq, amma davamlılığı gözlənilmir.