Bəqərə surəsinin 208ci ayəsindəki İslam sözü sülh deməkdir?


Digərləri 26 Noy 2017 23:50:00 299 0

Bəqərə surəsinin 208ci ayəsindəki İslam sözü sülh deməkdir?

Quranın Bəqərə surəsinin 208-ci ayəsinin mənası nədir? Hazırkı Quran tərcümələrinin bəzilərində həm: "İman gətirənlər", həm də: "İslama daxil olun", - deyilir. Bu cür bir tərcümə düzdür? Bu ayədəki İslam sözü sülh deməkdir, yoxsa başqa bir mənası var? Cavab: Gəlin, həmin ayəyə birlikdə nəzər salaq:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

"Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir."

Son.az muselmanlar.com-a istinadən bildirir ki, ayənin əvvəlindəki "Ey iman gətirənlər!" ifadəsi bunun (Ey möminlər! İslama bütövlükdə daxil olun) möminlərə verilən bir əmr olduğunu göstərir. Yəni, oradan-buradan deyil, tamamən. Başqa sözlə desək, bu dinə Allah necə buyurubs, o cür daxil olun.