Şəfalı daşları alıb işlətmək günahdır?


Digərləri 26 Noy 2017 22:50:00 302 0

Şəfalı daşları alıb işlətmək günahdır?

Şəfalı olduğuna inanılan daşları alıb istifadə etmək olar. Bunda bir problem yoxdur. Bu bir müalicə vasitəsi kimi qəbul olunur. Ancaq daşları proqramlamaq kimi bir şeyin İslamda heç bir yeri yoxdur. Dilək tutub daşlardan nəsə istəmək və daşlara həmin şeyi demək, eləcə də daşdan nəsə bir şey gözləmək İslama ziddir.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, Quran ayələrinə baxdıqda məlum olur ki, dünyanı da, axirəti də istəyən insanlar mütləq işləməlidirlər. Bu, Allahın qanunudur. Allah bu barədə müsəlman və kafir arasında fərq qoymayıb. Hamı işləməlidir. Allah Təala belə buyurur:

"Kim gəldi-gedər dünyanı istəsə, orada ona - dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.

Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.

Biz hamıya - onlara da (dünyanı istəyənlərə), bunlara da (axirəti istəyənlərə) Rəbbinin nemətindən veririk. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir". (İsra, 17/18-20)

"Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq". (Ali-İmran, 3/145)

"Kim dünya həyatını və onun bər-bəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər (onlara dünyada əsla haqsızlıq olunmaz).

Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar". (Hud, 11/15-16)

"Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz". (Şura, 42/20)