Alimlər xoşbəxtlik genini tapdı


Digərləri 26 Noy 2017 20:54:00 263 0

Alimlər xoşbəxtlik genini tapdı

Biz əlimizə pul keçən kimi sürətlə mağazalara üz tuturuq. Hər yeni nailiyyət əldə etdikdə özümüzü çox xoşbəxt hiss edirik, ancaq bir neçə gün sonra əvvəlki sevincdən əsər-əlamət qalmır. Lakin sən demə, səyahət bizə nə maddi nemətlərdən daha çox xoşbəxtlik gətirir. Son.az publika.az-a istinadən xəbər verir ki, alimlər xoşbəxtlik gətirən amilləri araşdırmaq qərarına gəlib. Bu mürəkkəb araşdırmada məlum olub ki, xoşbəxtliyimizin başlıca düşməni vərdişlərimizdir. Məsələ ondadır ki, həyatdan məmnunluq səviyyəsi aşağı düşən kimi biz alış-verişə qaçmağa məcbur oluruq. Beləcə hadisələr təkrarlanır. Kornellinq universitetinin araşdırmaları göstərib ki, biz nəsə alanda, həm də səyahət zamanı eyni xoşbəxtlik hissini keçiririk. Və ən əsası, zaman keçdikcə aldığımız hər hansı əşya ilə bağlı sevinc səviyyəsi aşağı düşür. Lakin səyahət təəssüratları bizi daha uzun müddət xoşbəxtlik hormonları ilə təmin edir. Müxtəlif tədbirlərdə iştirak etmək, səfərlər, yeni bacarıqların əldə edilməsi, eləcə də ekstremal təcrübələr ümumilikdə hər birimizin özünü xoşbəxt hiss etməsi üçün ideal ehtiyatdır. Araşdırma rəhbəri Toman Ciloviçin qənaətinə görə, avtomobil və ya yeni qadjetlər zamanla bizim üçün adiləşir, xatirələr isə ömrü boyu bizimlə qalır və əsl sevinc mənbəyinə çevrilir.