Azərbaycanlı müəllimdən fərqli dərs metodu VİDEO


Digərləri 26 Noy 2017 20:12:00 327 0

Azərbaycanlı müəllimdən fərqli dərs metodu  VİDEO

Zaqatalanın 3-cü Tala kənd orta məktəbinin coğrafiya müəllimi Ehtiram Safquliyevin fərqli metodla keçdiyi dərs hər kəs tərəfindən rəğbətlə qarşılanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şagirdlər iki sıra düzülür, müəllim də onlara suallar verir. Cavabı daha tez tapan bir komandaya, digəri isə başqa komandaya keçir. Sual-cavab şəklində qurulan yarışda hər uşaq fərdi olaraq yarışır və qalib gələn şagird hər hansı bir mükafat və ya şagirdlərin alqışları ilə qarşılanır. Bu metod qruplar şəklində də aparıla bilər. Ehtiram Safquliyev 2 ay əvvəl həmin məktəbə coğrafiya müəllimi təyin olunub. Həmin vaxtdan da dərsləri qeyri-adi üsullarla tədris etmək qərarına gəlib. Ehtiram müəllim deyir ki, ayda 1-2 dəfə bu metodlardan istifadə edir. Valideyin və şagirdlərin belə metodlara müsbət reaksiyası müəllimi daha da həvəsləndirib. Ehtiram Safquliyev dərslərin daha maraqlı olması üçün başqa yeni üsullar da tətbiq edəcək.


Xəbərə aid video