"Qarabağ" Topaz Premyer Liqasında liderliyi qoruyub saxladı


Digərləri 26 Noy 2017 19:55:08 291 0

"Qarabağ" Topaz Premyer Liqasında liderliyi qoruyub saxladı

Bu gün Topaz Premyer Liqasının 13-cü turun son oyunları keçirilib.

Bakı. Bu gün Topaz Premyer Liqasının 13-cü turun son oyunları keçirilib. Trend-in məlumatına görə, "Sumqayıt" futbolçuları "Səbail" komandası ilə qarşılaşıb. Oyun 0-0 hesablı heç-heçə ilə başa çatıb. 13 turdan sonra "Sumqayıt"ın aktivində 17, "Səbail"in isə 13 xalı var. Turun sonuncu oyunu çərçivəsində "Qarabağ" "Zirə"nin qonağı olub. Hesab qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə "Qarabağ" komandası 31 xalla turnir cədvəlində liderliyi qoruyub saxlayıb. "Zirə" 27 xalla 3-dür. Xatırladaq ki, "Qarabağ" futbolçuların ehtiyyatda bir oyunu var. Qollar: Riçard Almeyda, 21 (0:1), Dino Ndlovu, 26 (0:2), Vüsal İsgəndərli, 51 (1:2), Mahir Mədətov, 62 (1:3), Riçard Qadze, 67 (2:3) Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin