İranda zəlzələ qurbanlarının sayı 480 nəfəri ötdü


Dünya 26 Noy 2017 19:28:00 309 0

İranda zəlzələ qurbanlarının sayı 480 nəfəri ötdü

Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, ölənlərin 237-i kişi, 246-ı qadındır.

Bundan əvvəl zəlzələ nəticəsində445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı.

Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib.