Çində sürüşmə nəticəsində 6 nəfər öldü


Dünya 26 Noy 2017 19:29:00 261 0

Çində sürüşmə nəticəsində 6 nəfər öldü

Çinin Quansi-Çjuan muxtar rayonunda dağ süxurlarının sürüşməsi nəticəsində 6 nəfər ölüb, daha 9-u yaralanıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ÇXR-in Torpaq və Təbii Sərvətlər Nazirliyi öz "Weibo" mikrobloqunda yazıb.

Hadisə Maşan qəzasının Nannin şəhər dairəsində qeydə alınıb.

Bundan əlavə, bir nəqliyyat vasitəsi dağıntılar altında qalıb. Daş zərbələrindən ciddi zərər çəkən maşının içərisində sərişin olub-olmadığı məlum deyil.