Samir Abasov: "Qış fasiləsi yarandıqdan sonra təhlillər aparacağıq" - MÜSAHİBƏ


İdman 26 Noy 2017 18:52:00 281 0

Samir Abasov: "Qış fasiləsi yarandıqdan sonra təhlillər aparacağıq" - MÜSAHİBƏ

- Sizə elə gəlmirmi ki, bu gün 10 futbolçu ilə oynadınız. Çünki Ramil Həsənov meydanda yox kimi idi...

"Sumqayıt" Topaz Premyer Liqasının 13-cü turunda "Səbail"i qəbul edib. Goal.az xəbər verir ki, qolsuz bərabərliklə başa çatan oyundan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov qarşılaşma barədə fikirlərini bölüşüb və jurnalistlərin sualllarını cavablandırıb.

"Həddən artıq udmaq istəyimiz belə nəticəyə gətirib çıxardı. Amil Yunanovun son zamanlar oyunu alınmır. Bilmirəm nədəndir? Bəlkə də məqsəd qoyub ki, bombardir olmalıyam. Son 2 oyunda 6 qol imkanını əldən verdi. Qış fasiləsi yarandıqdan sonra təhlillər aparacağıq". 

- Bu gün Ehtiram Şahverdiyevin effektini görmədim. Ramil Həsənovu məcburən meydana buraxdıq. Çünki 3 oyunçumuz cəzalı idi. Ehtiram ona verilən ötürmələri dəyərləndirməli idi.

- Rəşad Eyubov ləng təsir bağışlayırdı...

- Bu gün situasiya tələb edirdi ki, tələsməsin, aramla oynasın. İlk yarıda məşqlərdə etdiyimiz epizodlardakı kimi yararlanmaq mümkün olsaydı, nəticə başqa cür olardı. Amma Rəşadın oyunundan o qədər də narazı deyiləm. Hücumda qol vəziyyətlərindən yararlanmamaq məni narahat edir.

- Bu yaxınlarda "Atletico"nun düşərgəsinə yollanacağınız xəbərləri nə dərəcədə doğrudur?

- Hələ bu məsələ dəqiqləşməyib. İlk növbədə, "Atletico" razılıq verməlidir. Klubumuz da əlindən gələni edir ki, ən yaxşı klublardan birinə gedək.