Cocuq Mərcanlıda 12000 kv.m. ərazi təmizlənib FOTO


Digərləri 26 Noy 2017 18:51:00 256 0

Cocuq Mərcanlıda 12000 kv.m. ərazi təmizlənib   FOTO

Cocuq Mərcanlı kəndində ərazilərin minalardan təmizlənməsi davam etdirilir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Trend-ə verilən məlumata əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi - gün ərzində 12 000 kv.m (1.20 ha) ərazi tam təmizlənib, 2 000 kv.m (0.20 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 14 000 kv.m (1.40 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 10 gün ərzində kənd ərazisində 8 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 176 700 kv.m (17.67 ha) ərazi tam təmizlənib, 58 600 kv.m (5.86 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 235 300 kv.m (23.53 ha)).


Xəbərə aid fotolar