Məşhur şirkət avtomobilləri geri çağırır


Dünya 26 Noy 2017 18:44:00 304 0

Məşhur şirkət avtomobilləri geri çağırır

Yaponiyanın məşhur avtomobil istehsalçısı "Honda" Çin bazarından 3 min 524 ədəd avtomobili yan güzgülərdəki qüsurla əlaqədar geri çağırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, geri çağırılan avtomobillər 2013-1017-ci illərdə idxal edilmiş "Acura MDX" və 2014-2015-ci illərdə buraxılan "Acura TLX" modelləridir.

Mütəxəssislərin qənaətinə görə, avtomobillərin yan güzgülərinin idarəetmə sisteminə ehtimal olunan sürtünmə əsas güzgünün fəaliyyətinin bloklanmasına gətirib çıxara bilər. Bu da öz növbəsində sürücünün avtomobilin arxa görünüş güzgüsündən istifadəsini çətinləşdirməklə təhlükəli halların yaranmasına səbəb ola bilər.