"Manchester United"in kapitanına məşqçilər korpusunda yer təklif olunub


İdman 26 Noy 2017 14:52:00 294 0

"Manchester United"in kapitanına məşqçilər korpusunda yer təklif olunub

"Manchester United"in kapitanı Maykl Kerrik karyerasını başa vurandan sonra məşqçiliyə başlamaq imkanı qazanıb. Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" onun məşqçilər korpusunda yer almasını istəyir. Bu barədə komandanın baş məşqçisi Joze Mourinyo "Brighton" üzərində qazanılan qələbədən sonra (1:0) danışarkən deyib.

"Maykl bilir ki, məşqçilər korpusunda onun üçün boş saxlanan bir kürsü var. Həmin kürsü Kerrik tərəfindən tutulana qədər boş qalacaq. Rəhbərliklə mən bunu istəyirik. Maykl rahat vəziyyətdədir, onun gələcəyi bizimlə bağlıdır. Eyni zamanda mövsümün sonuna kimi oynamaq istəyir və məşqlərə qayıdıb. O, meydana çıxmaq istəyir. Bundan razıyam".