Azərbaycanda qeyrineft sənayesi artıb


Digərləri 26 Noy 2017 14:45:00 245 0

Azərbaycanda qeyrineft sənayesi artıb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənayenin qeyri-neft sektoru ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb, neft sektoru isə 5,9 faiz azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu dövr ərzində Azərbaycanda sənaye istehsalı (sənaye xarakterli məhsul istehsalı və xidmətlərin həcmi) 32 milyard manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 23,1 faiz çoxdur. Sənaye sahəsində özəl sektorun payı 79,9 faiz təşkil edib.

Hesabat dövründə hasilat sənayesində istehsalın həcmi 70 faiz xüsusi çəki ilə 15,3 milyard manat təşkil edib (il ərzində 6,4 faiz azalma).

Hesabat dövründə 32,2 milyon ton neft istehsal olunub, təbii qazın hasilatı isə 15,1 milyard kub metrə bərabər olub.

Qeyd olunan dövrdə Azərbaycanda neft istehsalı 2016-cı ilin ilk on ayı ilə müqayisədə 7,2 faiz, qaz istehsalı isə 2,6 faiz azalıb.