Renat Dadaşovun qolu komandasını məğlubiyyətdən xilas etmədi


İdman 26 Noy 2017 13:11:00 332 0

Renat Dadaşovun qolu komandasını məğlubiyyətdən xilas etmədi

Futbolçularımız da bu matçın iştirakçısı olublar. Mahmudov 64-cü dəqiqədə meydana buraxılıbsa, matça start heyətdə başlayan Dadaşov sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Renat vurub. O, 84-cü dəqiqədə hesabı 1:2 etsə də, “Eintracht”ı məğlubiyyətdən xilas etmək mümkün olmayıb. Komanda hazırda 15 xalla 14 klub arasında 9-cu pillədə qərarlaşıb.

“Eintracht” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında növbəti oyununu keçirib. Goal.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 13-cü tur çərçivəsində doğma meydanda “Heidenheim”la qarşılaşıb. 4 qolun vurulduğu oyunda Frankfurt təmsilçisi 1:3 hesabıyla uduzub.