Naməlum şəxs Trampın kortejinin qarşısını kəsməyə çalışdı


Dünya 26 Noy 2017 10:07:00 300 0

Naməlum şəxs Trampın kortejinin qarşısını kəsməyə çalışdı

ABŞ-ın Florida ştatında naməlum şəxs prezident Donald Trampın kortejinin hərəkətinə mane olmağa çalışıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin jurnalistləri bildiriblər.

Məlumata görə, hadisə Tramp qolf klubundan Mar-a-Laqodakı iqamətgahına qayıdanda baş verib. Hansısa anda qırmızı furqonda olan sürücü prezidentin kortejinin qarşısını kəsməyə cəhd göstərib. Yerli asayiş keşikçiləri sürücüsünün ədəbsiz jestləri etdiyi, söyüş söydüyü nəqliyyat vasitəsini dayandırıblar.