Obameyanq Bundesliqada rekorda sahib çıxdı


İdman 26 Noy 2017 09:44:00 326 0

Obameyanq Bundesliqada rekorda sahib çıxdı

Almaniya Bundesliqasının 13-cü turu Rur derbisi ilə əlamtdar olub. "Schalke"ni qəbul edən "Borussia Dortmund" ilk hissəni 4:0 öndə tamamlasa da, fasilədən sonra Gerzenkirxen klubu hesabı bərabərləşdirməklə aktivinə 1 xal yazdırıb. Goal.az xəbər verir ki, bu oyunda Dortmund klubunun hücumçusu Pyer-Emerik Obameyanq fərqlənməklə Bundesliqada vurduğu qolların sayını 96-a yüksəldib. 28 yaşlı forvard bu baxımdan Almaniya çempionatında ən sərrast afrikalı futbolçu olub. "Eintracht" və "Hamburg"un sabiq hücumçusu Toni Yeboanın da aktivində eyni sayda qol var. Qanalı forvard 1988-95-ci illərdə Bundesliqada top qovub.